da bütün beynəlxalq layihələrdən
kənarda saxladı.
Belə ki ölkəmiz işğal olunmuş ərazilərin
resurslarından istifadədən məhrum
olmuşdu. Bir milyona qədər qaçqın və
məcburi köçkünün sosial təminatı ilə
məşğul olmaq kifayət qədər çətin idi.
ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri Ermənistan-Azərbaycan münaqişəsinin
həlli mexanizmini hazırlamaqda
aciz qaldı. Beynəlxalq təşkilatların
Helsinki Yekun Aktı* ilə
müəyyənləşmiş prinsiplərə əsasən
verdiyi qərarlar, o cümlədən Ermənistan
hərbi birləşmələrinin işğal olunmuş
ərazilərdən qeyd-şərtsiz çıxarılması
barədə BMT-nin qətnamələrinin qərarları
yerinə yetirilmədi.
Helsinki Yekun Aktı – 1975-ci ildə
Finlandiyanın paytaxtı Helsinkidə Avropanın
33 dövləti, ABŞ və Kanadanın iştirakı
ilə müşavirə oldu. Onlar Avropada
Təhlükəsizlik və əməkdaşlıq haqqında
akt imzaladılar.
BMT-nin qərarları Ermənistan ordusunun
ərazidən heç bir şərt irəli sürmədən
çıxarılmasını tələb etdiyi halda,
Minsk qrupu formatında danışıqların
uzadılması və uğursuzluğu hərbi yolu
qaçılmaz edirdi. Azərbaycan ərazi bütövlüyü
və beynəlxalq miqyasda tanınmış
sərhədlərin toxunulmazlığı prinsipindən
çıxış edirdi. Ermənistan isə
erməni diasporunun* ənənəvi siyasi
dəstəyinə arxalanırdı.
Diaspor (yunanca səpələnmək) – bir
toplumun aid olduğu və tarixən yaşadığı
torpaqlardan uzaq məsafədə yaşaması
durumu
|