Tərtər üzərinə hücuma başladı. Lakin
Azərbaycan Ordusunun uğurlu dö-
yüşləri və düşmənə əks-zərbələri onların
ciddi itkilər verməsinə səbəb oldu.
Ermənilərin 1000 nəfərdən artıq canlı
qüvvəsi, 50 ədədə qədər zirehli texnikası,
çoxlu sayda digər texnika, silah və
sursatı məhv edildi. Ermənistan ordusunda
mənəvi-psixoloji durum böhran
həddinə çatdı, kütləvi fərarilik, döyüşlərdə iştirakdan imtina geniş hal
aldı. Ermənilər qrup şəklində könüllü
olaraq Azərbaycan tərəfinə keçməyə
başladılar.
İşğalçı Ermənistan hərbi komandanlığı
hücum əməliyyatlarının dayandırılması
və müdafiə mövqeyinə keçilməsi
haqqında əmr vermək məcburiyyətində
qaldı. Hərbi uğursuzluqlarla üzləşdiyini
|
və daha irəliləyə bilmədiyini görən təcavüzkar
Ermənistanın rəhbərliyi
1994-cü ilin mayında danışıqlar masası
arxasında oturmağa, cəbhə bölgəsində
atəşkəsi nəzərdə tutan Bişkek protokolunu
imzalamağa məcbur oldu. Ermənistan
işğalçı müharibə nəticəsində
Azərbaycanın Füzuli rayonundakı Horadiz
qəsəbəsindən Zəngilanadək
Azərbaycan-İran sərhədini nəzarət altına
almışdı.
Ermənistanın işğalçı siyasəti İkinci Dünya
müharibəsindən sonra Avropada ən
böyük qaçqın və məcburi köçkün axınına
səbəb oldu. Erməni işğalçıları Ermənistandan,
Dağlıq Qarabağ və onun ətrafındakı
rayonlardan 1 milyondan çox
azərbaycanlıları didərgin salaraq qaçqın
və məcburi köçkünə
çevirmişlər.
Ermənistan tərəfindən müharibənin
faşist metodları ilə aparılması nəticəsində
Azərbaycan ərazisinin təqribən
20%-i işğal edilmişdi. 24 min azərbaycanlı
qətlə yetirilmiş, 4 min dinc əhali
əsir düşmüşdür. Əsir aparılanlardan əksəriyyəti
uşaq, qadın və qocalardan
ibarət idi. İtkin düşən, əsir və girov götürülənlərin
ümumi sayı 5000 nəfərdən
çox olmuşdur.
Ermənistan ordusu tərəfindən İşğal
olunan torpaqlarda tarixi abidələr, mədəni-
mənəvi, dini dəyəri olan abidələr
dağıdılmışdır.
|