Müharibədə
dönüş – Horadiz
əməliyyatı
Ulu öndər Heydər Əliyev Azərbaycanda
yenidən hakimiyyətə qayıtdıqdan
sonra bir sıra vacib tədbirlər həyata keçirdi.
Mərkəzləşmiş komandanlıq və
idarəetmə sistemi təkmilləşdirildi, döyüş hazırlığının səviyyəsi yüksəldildi,
könüllülərin geniş şəkildə Milli Orduya
cəlb olunmasına başlanıldı. Xaricdən
silah və texnika alındı, bir sıra xarici
dövlətlərlə hərbi əməkdaşlıq genişləndi.
Bu tədbirlərin nəticəsində Milli Ordunun
döyüş qabiliyyəti xeyli yüksəldi.
1993-cü ilin sonu üçün cəbhədə vəziyyət
bir qədər dəyişdi.
İşğal etdiyi ərazilərdə möhkəmlənməyə,
müdafiə sədləri yaratmağa daha
çox diqqət yetirən Ermənistanın
dəfələrlə həyata keçirilən çağırışlar nəticəsində
daxili ehtiyatları xeyli tükənmişdi.
Buna görə də ermənilər daha
çox xaricdən muzdluları cəlb etməyə
çalışırdılar. Muzdluların sayı xeyli artmışdı. Belə ki 1993-cü ilin noyabrında Qarabağda
ermənilər tərəfdən erməni diaspor
təşkilatlarının göndərdikləri
muzdlular vuruşurdu.
1993-cü ilin dekabrında işğalçıların
Beyləqan istiqamətində hücumuna ordumuz
ciddi müqavimət göstərərək
onlara əks-zərbə vurdular və düşməni
geri çəkilməyə məcbur etdilər. Azərbaycan
Ordusu Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Kəlbəcər istiqamətlərində
əks-hücuma keçdi. Əsas zərbə
cəbhənin cənub hissəsində – Füzuli-Horadiz
istiqamətində endirildi. Ciddi
maneələrə, ərazinin böyük hissəsinin
minalanmasına baxmayaraq, qoşunları-