1993-cü il avqustun 23-də Cəbrayıl
şəhəri işğal edildi. Həmin gün ağır döyüşlərdən sonra düşmən Füzuli şəhərini
də işğal etdi. İşğalçılar avqust ayının
sonunda həm Ermənistan
ərazilərindən, həm də Qarabağın zəbt
edilmiş ərazilərindən Qubadlı rayonu
istiqamətində hücuma başladılar.
Avqustun 31-də Qubadlı şəhəri işğal
edildi. Ağır döyüşlərdən sonra
düşmən oktyabrın 29-da Zəngilan rayon
mərkəzini
və ətrafdakı yaşayış
məntəqələrini
işğal etdi. Hakimiyyət
böhranları, bir sıra xarici dövlətlərin Ermənistana
açıq şəkildə hərbi və siyasi
dəstək verməsi, silah və texnika ilə təmin
etməsi bu işğalın həyata keçirilməsində
həlledici amillər oldu.
Beynəlxalq təşkilatlar işğal faktı qarşısında
ciddi addımlar atmaq, işğalçı Ermənistanı
cəzalandırmaq əvəzinə, Azərbaycanın
işğal edilmiş ərazilərinin azad
olunması tələbi qoyulan qərar, qətnamə
və bəyanatlarla kifayətləndilər.
|
Ağdam işğaldan əvvəl
|
Füzuli işğaldan əvvəl
|
Ağdam işğaldan sonra
|
Füzuli işğaldan sonra
|