Kəlbəcərin işğalından sonra Azərbaycanda
hakimiyyət böhranı kəskin həddə
çatdı. 1993-cü ilin iyunun əvvəlində
Gəncədə mərkəzi hakimiyyətə qarşı
qiyam qaldırıldı. Xarici xüsusi xidmət
orqanlarının hazırladığı, onların əlaltılarının
həyata keçirdiyi qiyam nəticəsində
Gəncədə hökumət qüvvələri ilə qiyamçılar
arasında silahlı qarşıdurma
baş verdi.
Beynəlxalq təşkilatlar Kəlbəcərin işğalından
sonra hərbi əməliyyatların geniş
miqyas alacağından ehtiyat edərək
ciddi şəkildə fəallaşdılar. Beynəlxalq
vasitəçilər tərəfindən Ermənistan işğalçı
qüvvələrinin iyun ayının ortalarına
qədər Kəlbəcərdən çıxarılmasına dair
konkret sənəd hazırlandı və vaxt qrafiki
müəyyən edildi. Beynəlxalq təşkilatların
təzyiqləri qarşısında Ermənistan
rəhbərliyi də həmin sənədi imzaladı.
Lakin Azərbaycandakı hakimiyyət böhranı
Ermənistana Kəlbəcərin boşaldılması
ilə bağlı razılaşmanı pozmaq, həm
də işğalçılıq planlarının həyata keçirilməsində
genişmiqyaslı əməliyyatlara
başlamaq üçün şərait yaratdı.
İşğallar
|
Düşmən bu məqsədlə minlərlə canlı
qüvvə, çoxlu hərbi texnika, döyüş vertolyotları
cəlb etmişdi. Əsas qüvvələrini
Ağdərə istiqamətinə yönəldən işğalçılar
ağır döyüşlərdən sonra iyulun 7-də Ağdərəni zəbt etdilər.
Bu döyüşlərdə suriyalı ermənilərdən
təşkil olunmuş terrorçu dəstələrin
çoxu döyüşçülərimizin qəhrəmanlığı
nəticəsində məhv edilmişdi. Ağdərənin
işğalından sonra hədəf Ağdam idi. Böyük qüvvə ilə bir neçə dəfə şəhərə
daxil olan düşmən hər dəfə küçə döyüşlərindən sonra geri çəkilməyə məcbur
olurdu. Şəhərin müdafiəçiləri qəhrəmanlıqla
vuruşurdular.
Lakin qüvvələrin bərabər olmaması və
fasiləsiz ağır döyüşlər Ağdamın işğalı
ilə nəticələndi. Şəhərdə qalmış bəzi kiçik
qruplar daha bir neçə gün küçə döyüşlərini davam etdirdilər. Ermənistan
silahlı qüvvələri Ağdamı tam nəzarətə
götürmək üçün qorxu içərisində bir
müddət də vuruşmalı oldular. Qəhrəman
şəhər işğaldan sonra da erməniləri
vahimə içərisində saxlayırdı.
Bundan sonra Ermənistan silahlı qüvvələri
cənub istiqamətində hücuma
keçdilər. Bu əməliyyatın məqsədi Füzuli
və Cəbrayıl rayonlarını işğal edərək
Horadiz yaşayış məntəqəsi yaxınlığında
İran sərhədinə çıxmaq, Qubadlı və Zəngilan
rayonlarını mühasirəyə salmaq idi.
İşğalçı Ermənistan hücum zamanı çoxsaylı
hərbi texnikadan istifadə edirdi.
Ağır döyüşlərdən sonra qoşunlarımızın
döyüş xətti yarıldı. Döyüşçülərin geri
çəkilməsi, əsasən, əlavə qüvvələrin və
silah-sursatın çatışmazlığı ilə bağlı idi.
|