Kəlbəcərin işğalı1993-cü ilin əvvəlində Ermənistan
muzdlular hesabına öz silahlı qüvvələrini
gücləndirdi. Əlavə ümumi səfərbərlik
həyata keçirdi, yeni silah, sursat və texnika
əldə etdi.
Azərbaycan isə yenidən hakimiyyət
böhranı ilə üzləşdi. Hakimiyyətdə olan
AXC-Müsavat cütlüyünün siyasi bacarıqsızlığı,
yanlış daxili və xarici siyasəti
nəticəsində ölkədə böhran dərinləşdi.
İdarəolunmaz vəziyyətə düşən
ölkədə xaos, anarxiya, özbaşınalıq,
hərc-mərclik hökm sürürdü.
Bu vəziyyət isə ərazilərimizin işğalının
genişlənməsinə şərait yaradırdı. Hakimiyyət
daxilində, orduda, ölkənin
ayrı-ayrı
ərazilərində xarici ölkələrin
xüsusi xidmət orqanları tərəfindən təxribatlar
törədildi. Belə bir vəziyyətdə
Ermənistan böyük qüvvələrlə geniş-
|
miqyaslı işğalçı hücumlara başladı. Onlar
xarici qüvvələrin köməyi ilə Kəlbəcər
üzərinə hücuma keçdilər. İşğalçıların
martın sonunda başladıqları hücum
əməliyyatı 4 istiqamətdən həyata keçirilirdi.
Əməliyyata Ermənistan tərəfindən
çoxlu sayda canlı qüvvə və hərbi
texnika cəlb olunmuşdu.
Kəlbəcərdə olan azsaylı hərbi qüvvələrimiz
müdafiə döyüşləri aparır və əhalinin
vertolyotlarla çıxarılmasını təmin etməyə
çalışırdı. Say və hərbi texnika
cəhətdən az olmasına baxmayaraq,
Azərbaycan döyüşçüləri qəhrəmancasına
müqavimət göstərirdi.
Aprelin əvvəlində işğalçılar Kəlbəcər
şəhərini zəbt etdilər. Azərbaycan Ordusunun
hissələri Kəlbəcəri tərk edərək
Murovdağ aşırımı ilə geri çəkildi. Beynəlxalq
təşkilatlar Kəlbəcərin işğalı zamanı
Ermənistanın müharibə qaydalarını
pozaraq mülki əhalini öldürməsini və
girov götürməsini qeyd etmişdi.
|