başa çatdırdılar. Şuşanın işğalı respublikada
siyasi böhranı daha da dərinləşdirdi.
Erməni işğalçıları mayın 18-də Laçını
da işğal etdilər. Laçın üzərinə hücum
həm Şuşa, həm də Ermənistanın Gorus
rayonu tərəfdən təşkil edilmişdi.
Laçının işğalı Qarabağda Azərbaycanın
strateji mövqeyinə çox ağır bir zərbə
oldu. Çünki Laçının işğalı ilə Ermənistanla
Dağlıq Qarabağ separatçıları arasında
birbaşa əlaqəni təmin edən dəhliz
yarandı.
Bəhs olunan dövrdə hakimiyyətdə olan
qüvvələrin siyasi cəhətdən səriştəsizliyi,
xarici siyasətdə yol verilən nöqsanlar,
daxildə sabitliyin olmaması, ordu quruculuğu
prosesində baş verən nöqsanlar,
ölkə rəhbərliyinin xalqa arxalanmaması
və hakimiyyət uğrunda gedən
çəkişmələr Şuşa və Laçın rayonlarının
işğalına şərait yaratdı.
|