Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri idi. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi.
Xocalı soyqırımında iştirak edən hərbi hissələrin
birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik
Vladimir Savelyev özünün "Məxfi arayış"ında
erməni terror təşkilatları ilə 366-cı alayın Dağlıq
Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək
fakt və sənədlərdə bütün olub-keçənlərin şərhini
verib etiraf edirdi: "Mən bütün bunları yazmaya
bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə
gəlinlərin güllədən keçirilmiş bədənlərini unuda
bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar
ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə
əlimdən heç nə gəlmədi. Təkcə yazdığım
arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi
Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim.
"Oxuyun", – dedim. Biz rusların zabit şərəfi görün
necə ləkələndi".
2008-ci ildən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı, Əfqanıstan, İndoneziya, Bosniya və Herseqovina, Honduras, İordaniya, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Pakistan, Çex Respublikası, Kolumbiya, Meksika kimi dövlətlər Xocalıda törədilmiş kütləvi qətlləri soyqırımı kimi tanımışdır. Həmçinin Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və |
"Xocalı soyqırımı erməni faşizminin
iç üzünü bir daha açıb göstərməklə,
təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi
cinayətdir və beynəlxalq hüquqa uyğun
olaraq sivilizasiyalı dünya tərəfindən
məhkum olunmalıdır".
Ümummilli lider
Heydər Əliyev
qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir. Xocalı soyqırımından təqribən ay yarım sonra – 1992-ci ilin aprelində Kəlbəcər rayonunun Ağdaban kəndini işğal edən ermənilər tərəfindən bəşəriyyət əleyhinə daha bir cinayət törədildi. Murov dağının ətəyində yerləşən kənd tamamilə yandırıldı, çoxlu sayda dinc sakin xüsusi amansızlıqla qətlə yetirildi, o cümlədən qocalar, uşaqlar, qadınlar diri-diri yandırıldı. Ağdaban faciəsi ermənilər tərəfindən Kəlbəcərin işğalına zəmin yaratdı. |