Xankəndidən və Dağlıq Qarabağın digər yerlərindən qovulmuş azərbaycanlılar, həmçinin Özbəkistandan gəlmiş qaçqın məhsəti türkləri də məskunlaşmışdılar. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisələrindən biri baş verdi. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın əsgərləri ilə birlikdə bu dəfə də Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu, müasir dövrdə Ermənistan hərbi qüvvələrinin erməni separatçıları ilə birlikdə insanlığa qarşı törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımı idi. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirəyə alınan Xocalı şəhərinin üzərinə ağır hərbi texnika yeritdi. Dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu, şəhər yerlə-yeksan edildi. "Siz ermənilər düşməni öldürərkən
ürəyiyumşaqlıq göstərməməlisiniz.
Dağlıq Qarabağda azərbaycanlı
deyilənləri qırıb qurtarana və orada öz
sivilizasiyamızı bərqərar edənə qədər
sizin düşmənə yazığınız gəlməməlidir".
Ermənistanın ilk prezidenti
Levon Ter-Petrosyan
Ermənilər Xocalıya hərbi əməliyyat keçirmək üçün hücum etməmişdilər. Xocalıda ciddi hərbi qüvvə olmadığını bildikləri üçün onların məqsədi, əslində, dinc əhaliyə divan tutmaq idi. Şəhərin azsaylı müdafiəçiləri Əlif Hacıyevin və Tofiq Hüseynovun rəhbərliyi ilə sona |
qədər müqavimət göstərsələr də, lakin düşmənin xeyli üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldu. Xocalı soyqırımı Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət idi. Bu cinayətin təşkilatçıları Ermənistan Respublikasının dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyəti idi. |