1992-ci il yanvarın 15-də qaradağlıların Azərbaycan xalqına müraciəti:
"Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan Qaradağlı düşmən hədəfinə çevrilsə də, qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur.
...Bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış evləri, müxtəlif inzibati binalar od tutub yanır, günahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır. Bir sözlə, erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmən bu gözəl, əhəmiyyətli mövqeyi ələ keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işğal olunmasından sonra Qaradağlıda vəziyyət daha da gərginləşib.
Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa, Qarabağın azadlığı uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər".
Qaradağlıdan sonra erməni quldurlarının
növbəti hədəfi Xocalı oldu.
Xocalı müdafiə üçün çətin bir ərazidə yerləşirdi. Bütün yüksəkliklərin ermənilərin əlində olması şəhərin müdafiəsini qat-qat çətinləşdirirdi. Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi. Burada Ermənistandan, |