"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı
Şuşa şəhərində 1989-cu ildə
xanəndə Seyid Şuşinskinin 100 illik
yubileyi münasibəti ilə keçirilməyə
başlandı. Cıdır düzündə keçirilən festivalda
yerli ifaçılardan başqa, digər
xalqların musiqi qrupları da iştirak
edirdi. Konsert gənc xanəndələrin ifa
etdiyi "Qarabağ şikəstəsi" muğamı ilə
açıldı. Qarabağ atlarının yarışları ilə
davam edən festival izləyənlərin böyük
marağına səbəb olmuşdu.
Azərbaycan müstəqilliyini əldə etdikdən
sonra "Xarıbülbül" festivalı beynəlxalq
səviyyəli tədbirə çevrildi.
Lakin Qarabağ müharibəsinin başlanması
və Şuşa şəhərinin işğal olunması
ilə festivalın fəaliyyəti dayandırıldı.
Şuşa şəhərinin erməni işğalçılarından
azad edilməsi Ermənistan üzərində
parlaq tarixi qələbəmizlə nəticələndi.
Bu minvalla artıq "Xarıbülbül" festivalını
bərpa etmək mümkün idi.