Şuşa şəhərində yerləşən məscidlərdən
biri də 1855-ci ildə inşa edilmiş Aşağı
Gövhərağa məscididir. Şəhərin ikinci
cümə məscidi olan Aşağı Gövhərağa
məscidi həm Aşağı məscid, həm də
Kiçik məscid adları ilə tanınmışdır.
Yeni məscidin inşası Gövhərağanın
maddi dəstəyi əsasında həyata keçirildiyinə
görə, sonradan Aşağı məscid
həm də Aşağı Gövhərağa məscidi adı
ilə tanınmağa başlamışdır.
Aprel döyüşlərindən sonra Cəbrayılın
Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi
təmin edildikdən sonra ölkə prezidentinin
tapşırığı əsasında kənd yenidən
quruldu. Burada həmçinin Şuşa
məscidinin bənzəri olan məscid inşa
edilməsi işğalçı Ermənistana və beynəlxalq
aləmə bir mesaj idi. Şuşa məscidinin
bənzərinin inşası Şuşaya böyük
qayıdışın xəbərçisi idi.
|