Binada "Qurani-Kərim"dən ayələr, məs-
cidin
inşa tarixi və Gövhərağanın vəsiy-
yətnamələrini
əks etdirən çoxlu daş ki-
tabələrə
rast gəlmək olar. Binanın
ikinci mərtəbəsi və minarələr, eləcə də
kitabələr məşhur nəqqaş Mir Möhsün
Nəvvab tərəfindən işlənmişdir.
1992-ci ildən bu günə qədər gözəl
Şuşanın bir sıra tarixi-mədəni abidələri
Ermənistan işğalı nəticəsində dağıntı-
lara
məruz qalmışdır. Onlardan biri də
Yuxarı Gövhərağa məscididir. Azad
olunandan sonra ilk dəfə qəhrəman
əsgərlərimiz tərəfindən məsciddə
azan səsləndirilmişdir.