həm də Pənahəli xanın hakimiyyətinə
tabe olan mahallarla əlaqə yaratmaq
imkanı mümkün olsun.
Qalanın tikintisi üçün seçilmiş yer şərq
tərəfi istisna olmaqla hər tərəfdən sıx
meşələrlə əhatə edilmişdi. Qala ərazisi bir
çox yerlərdə dərələrlə əhatə olunmuşdu.
Qalanın inşası üçün seçilən
"Əbədi keçilməz, əlçatmaz yer
hətta ən güclü düşmənin belə
onu mühasirəyə almasına imkan
vermirdi".
Azərbaycan tarixçisi
Əhməd bəy Cavanşir
Qalanın inşası üçün seçilmiş yerin uğurlu
olmasını bir çox tarixi hadisələr də isbat
edir. Üç tərəfdən – cənub, qərb və
şərqdən – Şuşa yaylasını əhatə edən
yüksək qayalıqlar müxtəlif istiqamətlərdə
bir-birinin üstündə ucalaraq, şimal istiqaməti
istisna olmaqla, bütün tərəflərdən
tamamilə əlçatmazdır.
Şuşa şəhərinin azad olunması zamanı
qəhrəman igidlərimiz məhz həmin qayalıqlardan
dırmaşaraq şəhərə daxil olmuş
və əlbəyaxa döyüşlərdə düşməni
məhv edərək şəhər-qalanı azad etmişlər.
|
Şahid minarələrŞuşa Dövlət Tarix-Memarlıq Qoruğuna
yüzlərlə tarixi abidələrimiz daxildir. Lakin
əfsuslar olsun ki, onların bir çoxu erməni
vandalizminin qurbanına çevrilib.
Şuşanın baş meydanında Pənahəli xan
tərəfindən qamışdan iki qapılı məscid
tikilmiş, sonralar isə onun yerində oğlu
İbrahimxəlil xan tərəfindən daha möhtəşəm
məscid ucaldılmışdır.
Bir ildən sonra elə bu yerdə onun qızı
Gövhərağanın vəsaiti ilə memar Kərbəlayi
Səfixan Qarabaği tərəfindən daha
bir məscid inşa edilmişdir.
|