Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq
qalasına köçürtməsini Mirzə Adıgözəl bəy
belə təsvir edir:
"Mən gərək möhkəm bir yerdə məskən və mənzil
salam. Düşməni dəf etməkdən kahallıq və fəsad
əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna
görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin
ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala
bina etdi".
|
Şahbulaq ərazisindəki qala və məscidin
memarlıq üslubu sonradan Şuşada
aparılan inşaat işlərinə əhəmiyyətli təsir
göstərmişdir. Demək olar ki, Şuşanın
bütün qəsrləri memarlıq baxımından
Şahbulaq qalasının xüsusiyyətlərini
təkrarlayır.
Bu memarlıq abidəsi Birinci Qarabağ
müharibəsinə qədər yaxşı mühafizə
edilib saxlanmışdı. 1993-cü ildə erməni
işğalçıları tərəfindən Ağdam işğal
edilərkən Şahbulaq qalası da bundan
nəsibini aldı. Erməni işğalçıları abidənin
daxilində olan məscid, hamam və bulaqları
dağıdıblar.
Vətən müharibəsindən sonra Şahbulaq
qalası da azadlığına qovuşdu. Öz
doğma xalqına qovuşan tarixi memarlıq
abidəsində təmir-bərpa işlərinə
başlanıldı.
Şuşa qalası.
|