"Ruhlar şəhəri"ndə qalan tək nişanə
Qarabağın XIX əsr dini memarlıq abidəsi
olan Cümə məscidlərindən biri də
Ağdam şəhərində qarabağlı memar
Kərbəlayi Səfixan Qarabaği tərəfindən
inşa edilmişdir. O, orta əsr Azərbaycan
memarlığında geniş yayılmış qoşa minarəli
Cümə məscidləri ənənəsini davam
etdirərək Qarabağın memarlıq
təcrübəsinə uyğun özünəməxsus məscid
obrazı yaratmışdır. Ağdam Cümə
məscidi işğal zamanı dağıntılara məruz
qalmışdır.
|
Şahbulaq qalası
Şahbulaq qalası Qarabağ xanı Pənahəli
xan tərəfindən XVIII əsrin 50-ci illərində
inşa etdirilmişdir. Qarabağ xanlığının
ərazisində inşa etdirilən məşhur
qala öz adını Ağdamın Şahbulaq adlı
ərazisindən götürmüşdür. Şahbulaq
qalası Bayat qalasından sonra Qarabağ
xanlığında inzibati mərkəz kimi
inşa edilib. Müdafiə xarakteri daşıyan
qala müəyyən bir dövr ərzində yaşayış
yeri kimi istifadə olunsa da, Şuşa qalasının
inşa olunmasından sonra öz əhəmiyyətini
itirmişdir.
|