Hazırda körpünün müəyyən hissəsi varlığını
qoruyub saxlayır. İkinci Qarabağ müharibəsindən
sonra Xudafərin körpüsünə
sancılan şanlı bayrağımız qürurla
dalğalanmaqdadır.
Füzuli abidələri
Füzuli rayonu tarixi abidələrlə: məscid,
türbə və karvansaralarla zəngindir. Bu
abidələr sırasına XVII əsrdə Qarğabazar
kəndində inşa edilən Qiyasəddin
məscidi və Qarğabazar karvansarası
da daxildir. Bu abidələr xalq arasında
Şah Abbas məscidi və karvansarası
kimi də tanınır. Məscidin qapı çatı üzərindəki
yazısından onun Qarğabazar
kəndinin kəndxudası Hacı Qiyasəddin
tərəfindən inşa etdirildiyi aydınlaşır.
Məscid kəndin mərkəzindəki sal qayalı
təpənin üstündə inşa edilmişdir. Karvansara
isə həmin təpənin cənubunda
yerləşir. Karvansara və məscid memarlıq
üslubuna görə alban dövrü memarlıq
ənənələrinin oxşarıdır. Buna görə
onların eyni memar tərəfindən tikilməsi
ehtimalını yaradır.
|