Faciənin səhəri günü Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyinin cinayətkar əməllərini qətiyyətlə ifşa etdi. Bu ağır günlərdə xalqla olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi. O, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Bu tarixi çıxışın əks-sədası respublikada və bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. 1990-cı ildə Ermənistandan Azərbaycan ərazisinə silahlı basqınlar edilirdi. Naxçıvan Ermənistan tərəfindən blokadaya alındı. Ermənilər Azərbaycan dəmiryolunun Ermənistanın Mehri rayonu ərazisindən keçən hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə tutur, dəmir- yolçuları, sərnişinləri qətlə yetirirdilər. 1991-ci ilin sentyabrında erməni separatçıları "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Həmin ilin noyabrında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılovun və digər rəhbər şəxslərin, həmçinin Rusiya və Qazaxıs- |
1991-ci il avqustun 30-da Azərbaycan
SSR Ali Soveti "Dövlət müstəqilliyinin
bərpa edilməsi haqqında Bəyannamə"
qəbul etdi. Oktyabrın 18-də
isə "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı"
qəbul olundu.
tandan olan nümayəndələrin Dağlıq Qarabağda sülh missiyası faciə ilə nəticələndi. Nümayəndə heyətini aparan vertolyotun Qarabağ səmasında – Qarakənd yaxınlığında erməni terrorçuları tərəfindən vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər, həmçinin Rusiya və Qazaxıstandan olan nümayəndələr həlak oldu. Buna cavab olaraq Azərbaycan Respublikası tərəfindən noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu. SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil olan Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. |
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan helikopter
1991-ci il noyabrın 20-də erməni terrorçuları
tərəfindən vuruldu.
Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət
katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov,
dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov,
millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş
nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə
müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət
Televiziyasının jurnalisti Alı Mustafayev, əməkdaşları
Fəxrəddin Şahbazov, Arif Hüseynzadə var idi.
|