Eyni zamanda texnika və texnologiyaların inkişafı nəticəsində məlumatları avtomatik olaraq qeydə alan və müşahidə mərkəzlərinə ötürən cihazlar qurulur. Yüksək dağlıq ərazilərdə, sərt təbii şəraiti olan rayonlarda, okean və dənizlərin uzaq akvatoriyalarında üzən platformalarda, çətin keçilən sahələrdə belə stansiyalar qurulur.
Fəaliyyət:
|
Mətni diqqətlə oxuyun və hava proqnozunun vacib xüsusiyyətlərini göstərin.
|
Bir çox hallarda xüsusi olaraq meteoroloji stansiyalar təşkil olunur, çünki, belə stansiyalarda əlavə məlumatların və daha dəqiq göstəricilərin qeydə alınması tələb olunur. Hava limanlarında, liman təsərrüfatlarının fəaliyyətinin təşkilində belə məlumatların əldə edilməsi tələb olunur. Şəhərlərdə havanın bir çox göstəriciləri ətraf ərazilərdən fərqlənir. Ona görə havanın öyrənilməsi üçün bəzən şəhərlərdə ayrıca meteoroloji stansiyalar qurulur. Hazırda atmosferin öyrənilməsinə Ümumdünya Meteorologiya Təşkilatı rəhbərlik edir. Dünyanın əksər ölkələri onun işində fəal iştirak edir. Yer səthinin müxtəlif təbii şəraitə malik olan ərazilərində atmosfer və hava üzərində müşahidə aparmaq üçün mindən çox meteoroloji stansiyalar fəaliyyət göstərir. Sutkada ən az 4 dəfə eyni vaxtda onlarda qurulmuş cihazlardan göstəricilər qeydə alınır, vahid mərkəzə ötürülür. |
Atmosfer, okeanlar, quru sahələrində
formalaşan hava şəraiti üzərində
müşahidələr üçün şəxsi heyətin
işlədiyi və avtomatik idarə olunan
10 000-dən çox stansiya fəaliyyət
göstərir. Bu iş üçün 1000 aeroloji
stansiya, 7000 gəmi, 100 dayanan,
1000 üzən platformanın xidmətindən
istifadə olunur. Eyni zamanda,
yüzlərlə meteoroloji radiolokasiya
sistemi, 3000 təyyarədə qurulan
avadanlıqlar hər gün okean və
quruda hava üzərində müşahidə
aparır. Onlara 30 meteoroloji, 200
elmi-tədqiqat peyk stansiyalarından
alınan məlumatlar əlavə oluna bilər.
Onların nəticələri əsasında Yerin
atmosfer havası üzərində proqnozlar
verilir.
|
|
|