Ən qısa
müddətli
(12 saata qədər)
Daha uzun
müddətli
(3 aydan çox)
Qısa
müddətli
(12-36 saat)
Havanın
proqnozu
Uzun
müddətli
(10 sutkadan-
3 aya qədər)
Orta müddətli
(36 saatdan
10 sutkaya qədər)
Hər bir ölkədə fəaliyyət göstərən hidrometeoroloji mərkəzdə məlumatlar
kompüterin köməyi ilə təhlil olunur. Nəticədə müəyyən vaxtlar üçün şərti işarələrin
köməyi ilə hava proqnozu xəritələri (sinoptik xəritələr) hazırlanır. Burada əsas
məntəqələr üzrə havanın vəziyyəti göstərilir. Onlardan istifadə etməklə, həmçinin,
daim yenilənən kosmik gəmilərdən alınan məlumatlarla hava axınlarının xassələri,
hərəkət istiqaməti və sürəti müəyyən edilir. Sonra bir sutka və sonrakı vaxtlar üçün
havanın proqnozu tərtib olunur.
Hava proqnozunun aparılmasının iqtisadi əhəmiyyəti böyükdür. Havanın
proqnozunu bilməklə əvvəlcədən tədbirlər görülür, tikintilər, kənd təsərrüfatı
sahələrinin qorunması üçün işlər aparılır.