Qışda havanın temperaturu 0°C-dən aşağı olduqda budaqlar, məftillər, sütunlar
üzərində qalın buz qatının çökməsi nəticəsində sırsıra yaranır. Sırsıra Yer səthinə
yaxın havanın temperaturu 0°C-dən -3°C-yə qədər (bəzən daha aşağı) olarkən,
soyumuş yağış və ya duman damcılarının donması zamanı əmələ gələn bərk
yağıntıdır. Sırsıra yüksək intensivliyə malik olan zaman təhlükəli olur, məftillər
qırılır, budaqlar sınır, rabitə xətlərinin dirəkləri aşır.
- Buludlardan yağış yağması necə baş verir?
- Buludlardan yağıntının hansı növləri düşür?
- Yer səthinə yaxın hansı yağıntı formaları əmələ gəlir? Onlar yaranma şəraitinə
görə necə fərqlənirlər?
- Qar və aramsız-yağış növünün kənd təsərrüfatı üçün hansı əhəmiyyəti vardır?
- Şaxtalı havada əmələ gələn yağıntı formaları hansılardır?
|
|
|
1 |
Buludlardan düşən və yer səthinə yaxın əmələ gələn yağıntıların oxşar və fərqli
xüsusiyyətlərinin əks etdirən sxem qurun. |
2 |
Mətndən istifadə edərək, hansı bulud növündən hansı yağıntının əmələ gəlməsini
göstərən cədvəl hazırlayın.
|
3 |
Yaşadığınız ərazidə ilin isti və soyuq dövrlərində əmələ gələn yağıntılar haqqında
danışın.
|
4 |
Buludun yaranma şəraitini, onun fərqli xüsusiyyətlərini təsvir edin.
|
|