Atmosfer Yağıntıları
|
Dünyanın bəzi regionlarında illərlə yağış
yağmır. Yağış yağan zaman onun miqdarı
olduqca az olur. Hətta çox hallarda damcıların
yer səthinə düşməsinə az qalmış isti olduğuna
görə buxarlanaraq yenidən geri qayıdır. Belə
ərazilərə ildə orta hesabla 1-5 mm yağıntı düşür.
|
Bəzi regionlarda ildə 14000 mm
yağıntı düşür, yəni yağan su axmasa,
buxarlanmasa, yer səthində bu hündürlükdə
su layı əmələ gələr. Bu isə
həmin ərazilərdə çoxlu çaylar, göllər,
şəlalələr əmələ gəlməsinə səbəb olur.
|
|
|
- Düşən yağıntıların miqdarı hansı amillərdən asılıdır?
- Okeanlar yağıntıların düşməsinə necə təsir edir?
- Yağıntıların az və ya çox düşməsinin hansı nəticələri ola bilər?
|
Hava istənilən qədər su buxarını, buludlar su damcılarını və buz kristallarını
özündə saxlaya bilməz. Yuxarı qalxan və kondensasiya olunaraq suya çevrilən
damcıların, bəzən buz kimi yığılan kristalların ölçüləri böyüyür. Müəyyən vaxtdan
sonra onlar Yer səthinə düşür və atmosfer yağıntılarını əmələ gətirir. Əraziyə
kənardan rütubətli hava axınlarının daxil olması və ya isti havada buxarlanan suyun
çoxalması buludlarda rütubətin artmasına və yağıntıların düşməsinə səbəb olur.
Buludlardan yer səthinə yağıntılar yağış, qar və dolu formalarında düşür. Onlara
atmosfer yağıntıları deyilir.
Yağış.
Buludlar su damcılarından və buz kristallarından təşkil olunur. Yuxarı
qalxan hava axınları onların yerə düşməsinə imkan vermir. Aşağı-yuxarı hərəkət
edərkən onlar havada olan su buxarını özünə birləşdirməklə tədricən böyüyür.
Nəticədə ölçüləri böyüyən damcılar yağışa çevrilir. Buludların əmələ gəldiyi
yüksəklikdən, ilin fəslindən, yer səthinə yaxın temperatur və rütubətlik şəraitindən,
kənardan gələn rütubətli hava axınlarının xarakterindən asılı olaraq, yağıntıların
müxtəlif növləri əmələ gəlir. Düşmə xarakterinə görə aramsız-narın, çiskin və leysan
yağıntı formalarına ayrılır.
Fəaliyyət:
|
Yağışın müsbət və mənfi cəhətlərini qeyd edin.
|