Qədim insanlar üçün ərzaq toplamaq əsas iş hesab edilirdi. Bunun üçün onlar ətraf əraziləri gəzir, məlumat toplayırdılar. Sonrakı dövrlərdə təbiət hadisələrindən özlərini qorumaq, hərbi yürüşlər və ticarət üçün daha geniş ərazilərə getməli olurdular. Bunun üçün müəyyən biliklərə malik olmaq zərurəti yaranırdı. Bu sahədə biliklərin toplanmasında coğrafiya mühüm əhəmiyyət kəsb edirdi. |
|
|
İnsanlar qədim dövrlərdən başlayaraq ətraf əraziləri və təbiətdə baş verən hadisələri öyrənməyə cəhd etmişlər. Onlar öz biliklərini daşlar, qayalar üzərində və yaşadığı mağaraların divarlarında təsvir edirdilər. Bu insanların təsəvvüründə Yer müxtəlif formalarda idi. Zaman keçdikcə onlar təbiəti daha yaxşı öyrənməyə, yeni ərazilərdə yaşamağa, təbiətdən daha yaxşı istifadə etməyə çalışırdılar.
Əhalinin sayının artması, müxtəlif ərazilərdə yaşayan tayfaların birləşməsi qədim dövlətlərin yaranmasına səbəb oldu. Bu dövlətlərə qədim Misir, Babilistan, Yunanıstan, Roma, Çin və Hindistan aiddir. Dövlətlər yeni ərazilərin öyrənilməsi və onların zəbt edilməsi üçün ətraf sahələr haqqında məlumatlar əldə etməyə çalışırdılar.
Yer okean sahillərində yaşayan insanların
təsəvvüründə
|
Yer isti ölkələrdə yaşayan insanların təsəvvüründə
|
Fəaliyyət:
|
Mətndə verilmiş qədim dövlətlərin mövqeyi ilə Yerin təsviri arasındakı əlaqəni
müəyyən edin.
|
Ticarət əlaqələri məqsədilə yeni ərazilərin axtarışı, hərbi yürüşlərin təşkili Yer haqqında biliklərin inkişafına kömək edirdi. Ətraf ərazilərə ilk səyahətlər və onlar haqqında məlumatların toplanması qədim misirlilərə məxsusdur. Onlar uzun illər ərzində Nil çayının yuxarı axını, Qırmızı və Aralıq dənizlərinin sahilboyu ərazilərində üzmüş və ticarət aparmışlar. İlkin coğrafi təsəvvürlərin və biliklərin yarandığı ərazilərdən biri də Mesopotamiyadır.