Lələkli buludlar 6000 m-dən yüksəkdə əmələ gəlir. Hava soyuq olduğu üçün lələkli buludlar kiçik buz kristallarından ibarətdir. Troposferin yuxarı qatlarında əmələ gəlir, nazik təbəqələr formasında olur. Günəşli günlərdə səmada səpələnmiş halda, göz qamaşdıran ağ liflər və ya lələklər formasında görünür. Lələkli buludlar yağıntı vermir, bəzən havanın soyuqlaşmasının əlamətlərini göstərir. |
Fəaliyyət:
|
Buludlarda su damcılarının və buz kristallarının çox olması hansı hadisənin baş verməsi
ilə nəticələnir?
|
Fəaliyyət:
|
Buludluq xəritəsini təhlil edin və buludların daha çox hansı ərazilərdə formalaşmasını
müəyyən edin.
|
Səmanın buludlarla örtülmə dərəcəsi buludluq adlanır. Buludluq 10 bal və ya faizlə ölçülür (1 bal = 10%). Nefoskop adlanan cihazla buludların sürəti və hərəkət istiqaməti müəyyən edilir. Buludlar yağıntıların növünü, havanın qızıb-soyumasını müəyyən edir. Yer səthinin geniş ərazilərində buludlar üzərində müşahidələr kosmik gəmilərdən və meteoroloji peyklərdən aparılır. Alınmış məlumatlar hava proqnozu üçün istifadə olunur.
|
|