Atmosferdə daim müəyyən
miqdarda su buxarı olur. Su
buxarı havaya okean və dənizlərin,
göllərin, çayların, bataqlıqların
və buzlaqların səthindən buxarlanma
nəticəsində qarışır. Torpağın
səthindən, bitkilərdən də
müəyyən miqdarda su buxarlanır.
Yağış yağarkən suyun bir hissəsi
çaylara, göllərə axır, bir hissəsi
torpağa hopur, qalan hissəsi yenidən
buxarlanaraq yuxarı qalxır.
Buxarlanan suyun miqdarı havanın temperaturundan, ərazinin sahəsindən,
küləyin sürətindən, havada toplanan suyun miqdarından asılıdır.
|
Su hövzəsindən buxarlanma
|