Tornado.
Şimali Amerika materikində dağların meridianlar boyu şimaldan
cənuba doğru yerləşməsi hava axınlarının hərəkətinə və xarakterinə ciddi təsir
göstərir. Bu zaman hava axınları materikdə şimaldan cənuba və ya əksinə hərəkət
edir. Ona görə materikin şimalı və cənubu arasında böyük temperatur fərqi yaranır.
Nəticədə materikin ABŞ–a aid olan ərazilərində güclü hava burulğanı əmələ gəlir.
Küləyin belə forması tornado (smerç) adlanır. Atmosfer burulğanı topa-yağış
buludlarında əmələ gəlir, aşağıya hərəkət edir. Onun əhatə dairəsi bir neçə on
metrdən yüzlərlə metrə qədər olur. Tornado ABŞ-ın mərkəzi və cənub rayonlarında
əmələ gəlir, xeyli dağıntılara səbəb olur.
|
|
|
Tornado
|
ABŞ-da tornadonun daha çox
müşahidə edildiyi ərazilər
|
Tornadonun törətdiyi
dağıntılar
|
Fəaliyyət:
|
Tornadonun ABŞ-ın mərkəzi və cənub rayonlarında tez-tez müşahidə edilməsinin
səbəbini izah edin.
|
Küləyin əhəmiyyəti.
Küləklər okean və dənizlərdən rütubətli havanı
materiklərə aparır. Belə olmasa, materiklərə bir damcı da yağış yağmazdı. Külək
əsərkən şəhərlərdə toplanan çirkli havanı qovur, onun təmizlənməsinə şərait
yaradır. Küləklərin istiqamətinə görə yelkənli gəmilərin üzməsi asanlaşır. Küləklər
mühüm enerji mənbəyidir. Hazırda xüsusi olaraq qurulan qurğuların köməyi ilə
külək enerjisi alınır.
- Küləyin hansı göstəriciləri vardır?
- Küləyin növləri hansılardır? Briz və musson küləklərinin hansı oxşar və fərqli
cəhətlərini göstərmək olar?
- Musson və tornado küləkləri dünyanın hansı ərazilərində müşahidə olunur?
- Küləyin öyrənilməsi üçün hansı cihazlardan istifadə olunur?
|
|
|
1 |
Briz və musson küləklərinin yayıldığı əraziləri xəritədə göstərin. Musson küləklərinin
əsdiyi əraziləri və küləklərin istiqamətini kontur xəritədə qeyd edin. |
2 |
Yaşadığınız ərazidə hansı küləklərin əsdiyini müəyyən edin, ilin hansı vaxtlarında
əsməsini və göstərdiyi təsirləri təsvir edin.
|
3 |
Yaşadığınız ərazidə su hövzəsi varsa, günorta və axşamüstü onun sahilində küləyin
hansı istiqamətlərdə əsməsi üzərində müşahidə aparın.
|
4 |
Yay və qış musson küləklərinin əmələ gəlməsini və təsirini təsvir edərək yazın.
|
5 |
Küləklərin əsməsinin əsas nəticələri haqqında fikirlərinizi yazın. Onların okeandan
və materikdən əsməsinin əsas fərqlərini göstərin.
|
|