Gecələr quru üzərində havanın temperaturu aşağı olur, ağırlaşır. Su hövzələri yavaş qızdığına görə onun səthində hava hələlik isti və yüngül olur. Nəticədə gecələr sahilboyu ərazilərdə havanın hərəkəti qurudan su hövzələrinə doğru yönəlir. Briz küləkləri sahilboyu ərazilərdə 20-30 km məsafədə hiss olunur. Dənizdən əsərkən hava yumşalır və təmizlənir.
Fəaliyyət:
|
Musson küləklərinin Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada müşahidə edilməsini izah
edin.
|
Yayda Asiyanın mərkəzi və cənub sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Materiki əhatə edən Sakit və Hind okeanlarında su sahələri yavaş qızdığına, onların üzərində hava hələlik soyuq və ağır olduğuna görə aşağı enir. Bu halda, hava axınlarının hərəkəti okeanlardan quruya doğru yönəlir. Avrasiyada yay mussonları iyulun ortalarından başlayır və oktyabr ayına qədər davam edir. Bu zaman quru sahələrinə çoxlu rütubət gəlir. Bu materikdə axan Amur, Xuanxe, Yantszı, Mekonq, Qanq və Brahmaputra çaylarında suyun səviyyəsinin qalxmasına, daşqınların baş verməsinə səbəb olur.
Qışda Avrasiyanın mərkəzi hissələrində soyuq hava şəraiti yaranır. Ona görə bu ərazilərdə aşağı
enən havanın yüksək sıxlığı əmələ gəlir. Bu vaxt Sakit və Hind
okeanlarının səthində havanın temperaturu
nisbətən yüksək olur. Hava yay dövründə
aldığı istiliyin hamısını itirmir. Nəticədə
qışda musson küləkləri Avrasiyadan Sakit və
Hind okeanlarına doğru yönəlir. Bu zaman
materikin mərkəzi sahələrində formalaşan
soyuq və quru hava Sakit okeana doğru
yönəlir.
|
Quruda ən küləkli yer Antarktidada
Adeli Torpağı (“tufanlar ölkəsi”)
ərazisidir. Burada daim güclü küləklər
əsir və onların sürəti saniyədə 88
metrə çatır. Ona ehtiyat küləklər
deyilir. Okeanda ən küləkli sahə
Antarktidada Birlik buxtasıdır.
|