Günəş istiliyini çox qəbul edib qızan və yüksək temperatura malik olan ərazilərdə hava yüngül olur, yuxarı qalxır, yer səthinə yaxın sahələrdə onun sıxlığı azalır. Havanın soyuq olduğu sahələrdə onun sıxlığı artır, ağırlaşır və aşağı enir. Havanın tarazlığının bərpası və sıxlığının bərabərləşməsi üçün onun sıxlığının yüksək olduğu soyuq sahələrdən sıxlığı aşağı olan isti sahələrə axın əmələ gəlir. Havanın bu hərəkəti külək adlanır.
Küləyin göstəricilərinə onun istiqaməti, sürəti və gücü aiddir. Küləyin istiqaməti onun haradan əsməsinə görə təyin edilir. Məsələn, şimal küləyi şimaldan, cənub-şərq küləyi cənub-şərqdən əsir. Bu istiqamət küləyin hava şəraitini necə dəyişməsinə də təsir göstərir. Şimaldan əsən küləklər havanın temperaturunu aşağı salır, okeandan əsən küləklər rütubətli hava gətirir. Küləyin sürəti 1 saniyədə neçə metr və ya 1 saatda neçə km getməsinə əsasən müəyyən olunur. Bu sürət anemometr adlanan cihazla təyin olunur. Küləyin gücü onun 1 m2 lövhəyə göstərdiyi təzyiqlə ölçülür, ölçü vahidi kimi kq/m2 -dən istifadə olunur. Küləyin istiqaməti və gücü flüger ilə ölçülür. Küləyin gücü Bofort şkalası əsasında 12 bal ilə müəyyən edilir.
Küləyin istiqaməti
|
Flüger
|
Anemometr
|
Fəaliyyət:
|
Yerli əlamətlər və sadə alətlərin köməyi ilə küləyin istiqamətini necə müəyyən
etmək olar?
|
Gündüz brizi
|
Gecə brizi
|
Gündüz quru sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Su sahələri yavaş qızdığına, onun üzərində hava hələlik soyuq və ağır olduğuna görə aşağı enir. Bu halda havanın tarazlığının bərpası üçün onun hərəkəti baş verir, bu hərəkət sudan quruya doğru yönəlir. Bu zaman quruda hava yumşalır, yayda gündüzlər onun qızması zəif hiss olunur.