Yerin kürə şəklində olduğuna görə ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağı azalır, yer səthinin qəbul etdiyi istiliyin miqdarı aşağı düşür. Düşmə bucağı azaldıqca günəş şüaları daha geniş əraziləri əhatə edir, istilik çox sahəyə paylanır. Şüalar buludlardan keçərkən səpələnir. Ona görə buludlu havada temperatur aşağı düşür.
Hava şəffaf olduğuna görə Günəş şüaları onu birbaşa qızdırmır. Günəş şüaları Yer səthini qızdırır və hava Yer səthindən istilik alır. Səthdən uzaqlaşdıqca havanın temperaturu azalır.
Temperaturun ölçülməsi.
Hava üzərində daimi olaraq müşahidələr aparılır. Bunun üçün xüsusi olaraq müşahidə məntəqələri yaradılır. Havanın temperaturunu ölçmək üçün termometrdən istifadə olunur. Termometr xüsusi hazırlanmış, havanın sərbəst dövr edə bildiyi qutuda yerləşdirilir. O, Yer səthindən 2 m yuxarıda qurulur, qapısı şimala tərəf açılır. |
Termometr
|
Havanın temperaturunun ölçülməsi
üçün istifadə edilən qurğu |
Fəaliyyət:
|
Havanın temperaturunu bilmək nə üçün lazımdır?
|
Termometrin yuxarıda və kölgədə yerləşdirilməsinə səbəb onun birbaşa düşən günəş şüalarından, digər kənar təsirlərdən qorunmasıdır. Açıq havada yerləşdirilərsə, günəş şüaları birbaşa termometri qızdırmış olar, bu halda termometrin öz temperaturu göstərilər.