1) Kosmosdan hər gün Yer səthinə doğru minlərlə dəmir və daşlardan ibarət meteoritlər gəlir, lakin onların çox hissəsi səmada alışıb yanır və Yer səthinə gəlib çatmır. 2) İnsanlar havasız mühitdə müəyyən işlər görmək üçün xüsusi hazırlanmış aparatlardan istifadə edirlər, lakin onların hava ehtiyatı məhdud olur. 3) Meşələr Yerdə canlıların yaşamasına şərait yaradan ən vacib təbii komponentdir. Yaşıllıqların azalması təbii mühitə ciddi təhlükə yarada bilər. Bunlar atmosferin vacib əhəmiyyətə malik olmasının göstəriciləridir. |
|
Meteorit yağışı
|
Akvalanq və skafandr
|
Meşə zolaqları
|
|
Atmosferin əhəmiyyəti və tərkibi.
Atmosfer
Yerin ən üst qatı olmaqla, hava təbəqəsini əmələ
gətirir. Yeri əhatə edən hava onunla birlikdə fırlanır
və mühüm əhəmiyyətə malikdir. Atmosferdə baş
verən proseslər canlı aləmin burada yaşamasına
şərait yaradır. Onu təşkil edən havanın 78%-ni
azot, 21%-ni oksigen təşkil edir, qalan hissəsi
karbon (0,03%) və digər qazlardan ibarətdir.
Havanın əsas hissəsi Yerə yaxın qatlarda toplanır. Onun tərkibində olan oksigen canlıların yaşaması üçün əsas elementdir. İnsanlar və heyvanlar aləmi oksigenlə nəfəs almadan yaşaya bilməz. Atmosferdə havanın sıxlığı Yer səthinə yaxınlaşdıqca artır. Ona görə kosmosdan gələn meteoritlər alışıb yanır və çoxu Yerə gəlib çata bilmir. Atmosfer günəş şüalarının canlılar üçün zərərli olan hissəsinin qarşısını alır. |
İsti havada səsin sürəti soyuq
havaya nisbətən daha çoxdur. Bu
da səsin yayılma istiqamətinin
dəyişməsinə təsir edir
|
Fəaliyyət:
|
Zavodlardan atmosferə atılan zəhərli maddələrin miqdarı nə üçün onun tərkibinin
dəyişməsinə bir o qədər təsir etmir?
|