Azərbaycanın əsas relyef formaları
Azərbaycan Qafqaz dağları, Talış dağları
və Kür-Araz ovalığında yerləşir.
Ölkənin şimal və qərb hissələrini tutan Qafqaz dağları Böyük və Kiçik Qafqaz
dağlarına ayrılır. Böyük Qafqaz şimalda yüksəlir. Dağlar daha yüksək olması,
uca qarlı zirvələri ilə fərqlənir. Burada ölkənin ən yüksək nöqtəsi olan Bazardüzü
zirvəsi 4466 m hündürlüyə malikdir. Şahdağ və Tufan zirvələri də 4000 m-dən
yuxarı qalxır (onları xəritədə tapın).
Kiçik Qafqaz dağları ölkənin qərbində yerləşir, nisbətən alçaqdır. Burada
əsas dağ silsilələrinə Qarabağ, Şahdağ, Şərqi Göyçə, Murov dağ (Gamışdağ, 3724 m)
aiddir. Naxçıvan MR-in ərazisi də Kiçik Qafqaz dağlarına aiddir. Burada yüksələn
Zəngəzur dağlarında hündürlüyü 3904 m-ə çatan Qapıcıq zirvəsi vardır.
Kür-Araz ovalığı Azərbaycanın mərkəzi və şərq hissələrini tutur. Ovalığın
çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Kür və Araz çayları ovalığı
kiçik düzəniklərə ayırır. Ölkənin cənub-şərqində Talış dağları, Xəzər dənizinin
sahillərində Lənkəran ovalığı mühüm relyef formalarıdır (səh. 41-də olan xəritədən
istifadə etmək olar).
|
1 |
Yarımkürələrin fiziki xəritəsindən istifadə edərək, materiklərin ən hündür nöqtələrini
tapın. Onların hündürlüyünü cədvələ yazın.
Materik |
Ən yüksək nöqtə |
Hündürlüyü, m. |
Avrasiya |
Comolunqma d. |
|
Cənubi Amerika |
Akonkaqua d. |
|
Şimali Amerika |
Denali d. |
|
Afrika |
Kilimancaro vlk. |
|
Antarktida |
Vinson massivi |
|
Avstraliya |
Kostyuşko d. |
|
|
2 |
Materiklərin əsas relyef formalarını kontur xəritəyə köçürün.
|
3 |
Hündürlük və dərinlik şkalasından istifadə edərək, aşağıdakı coğrafi
obyektlərin hündürlüyünü təyin edin: Qərbi Sibir düzənliyi, Orta Sibir yaylası,
Ural dağları, Braziliya yaylası, Xəzərsahili ovalıq.
|
4 |
Azərbaycanın əsas relyef formalarının adlarını xəritədə tapın. Onları kontur
xəritəyə köçürün.
|
5 |
Azərbaycanda yerləşən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının ən
yüksək nöqtələrini xəritədə tapın. Onların adlarını və yüksəkliyini yazın.
|
|