Materikin ən mühüm düzənliklərinə Qərbi Sibir və Şərqi Avropa aiddir. Burada Turan, Hind-Qanq, Mesopotamiya ovalıqları, Tibet və İran dağlıq yaylaları ayrılır. Dekan və Orta Sibir yaylaları tünd qəhvəyi rənglə göstərilir və hündürlüyünə görə fərqlənir.
Şimal və Cənubi Amerikanın qərb sahilləri boyu Kordilyer və And dağları yüksəlir. Materiklərin şərqində düzənliklər üstünlük təşkil edir. Cənubi Amerikada yerləşən Amazon dünyada ən böyük ovalıqdır və 5 mln. km2 sahə tutur. Materikin mərkəzində Braziliya yaylası, şimalda Orinoko ovalığı və Qviana yaylası yerləşir.
Afrikanın şimalında cavan Atlas dağları, cənubunda uçub-dağılmış Əjdaha və Kap dağları yüksəlir. Şərqdə Efiopiya və Şərqi Afrika yaylaları əsas relyef formalarıdır.
Avstraliyanın şərqində Böyük Suayrıcı sıra dağları yüksəlir. Materikin mərkəzi hissələrində ovalıqlar, qərbində yaylalar yerləşir.
Materiklərdə okean səviyyəsindən aşağıda yerləşən çökəkliklər vardır. Onların arasında Şimali Amerikada olan Ölüm vadisi (-86 m), Afrikada Assal gölü (-157 m), Avrasiyada Turfan çökəkliyi (-155 m) məşhurdur.
Okeanlarda sualtı dağlar mərkəzi hissələrdə yerləşir, çoxlu sayda dərinliyi 6000 m-dən çox olan dərin çökəkliklər vardır. Dünya okeanının ən dərin yeri Sakit okeanda olan Marian çökəkliyidir (11022 m).
Fəaliyyət:
|
Yarımkürələrin fiziki xəritəsində materiklərin ən hündür nöqtələri və okeanların ən
dərin yerlərini tapın.
|