Lazım olan vəsaitlər: dərslik, Dünyanın fiziki xəritəsi, Yarımkürələrin fiziki xəritəsi, Azərbaycanın fiziki xəritəsi, kontur xəritələr.
Məqsəd: Fiziki xəritələrdə hündürlük və dərinliklərin müəyyən edilməsi, hündürlük və dərinlik şkalası əsasında xəritənin oxunması, ən mühüm relyef formalarının oxunması, dağların, düzənliklərin hündürlüyünün, okeanların dərinliyinin təyin edilməsi, Azərbaycanın əsas relyef formalarının müəyyən olunması.
Okean səviyyəsindən yuxarıda yerləşən ərazilər müsbət, aşağıda yerləşən sahələr mənfi relyef formaları hesab olunur. Dünyanın ən yüksək nöqtəsi Himalay dağlarında yerləşən Comolunqma zirvəsidir. Onun mütləq hündürlüyü 8848 m-dir. Ən alçaq nöqtə Aralıq dənizi sahillərində yerləşən
Ölü dənizin səviyyəsidir. Bura
okean səviyyəsindən (-430 m)
aşağıda yerləşir.
Fiziki xəritələrdə konkret coğrafi obyektlərin hündürlüyü nöqtələrlə göstərilir, yanında kəmiyyəti yazılır. Xəritələrdə yüksəkliklər və dərinliklərin müəyyən edilməsi üçün xəritənin aşağısında xüsusi şkala verilir. Hər bir rəngə müəyyən hündürlük və ya dərinlik uyğun gəlir və onun qiyməti yazılır. Ona hündürlük və dərinlik şkalası deyilir. Məsələn, 0-200 m hündürlük açıq yaşıl rənglə, okean səviyyəsindən aşağı olan ərazilər tünd yaşıl rənglə təsvir edilir. |
Fəaliyyət:
|
Hündürlük şkalasına əsasən, Avstraliyada relyefin hündürlüyünü müəyyən edin.
|