Kimyəvi aşınma prosesində süxurların tərkibi dəyişərək, yeni süxurlar və minerallar əmələ gəlir. Kimyəvi aşınma isti və rütubətli ərazilərdə daha intensiv gedir. Mineral və üzvi mənşəli maddələr kimyəvi aşınmada iştirak edir.
Üzvi aşınma. Canlı orqanizmlər olan
bitkilər və heyvanlar da süxurların mexaniki
olaraq dağılması və ya kimyəvi dəyişməsinə
təsir edir. Süxurlarda yaranmış çatlara bitki
toxumları düşərək inkişaf edir. Bu bitkilərin
kökləri süxurların çatlarını genişləndirir
və onu parçalayır. Bununla yanaşı, bitki
və heyvan qalıqlarının çürüməsi, bəzi bitki
növlərinin vegetasiyası zamanı ayrılan
məhlullar da süxurları dağıdır. Mamır və
şibyələrin bitdiyi süxurlara onlardan ayrılan
maddələr təsir edir. Mikroorqanizmlər də
kimyəvi aşınmada xüsusi
|
Səhralarda “güllə atan daşlar”
hadisəsini müşahidə etmək olar.
Gündüz güclü qızan daşlar gecələr
soyuyur. Həcmin tez-tez dəyişməsi
onların səthində çatların əmələ
gəlməsinə səbəb olur. Ona görə güllə
açılmasına oxşar səslər eşidilir. Böyük
Səhranın daxili rayonlarında yaşayan,
yerli əhali olan tuareqlər bu səsləri
“Günəşin səsi” adlandırırlar.
|