Düzənliklərin hündürlüyünə görə səviyyəsi
Fəaliyyət:
|
Düzənlikləri fərqləndirən əsas xüsusiyyətləri sxemə əsasən şərh edin.
|
Düzənliklərdə yüksəklik fərqi az olsa da, onlar özünəməxsus relyef formasına
malikdir. Dünya okeanı səviyyəsindən aşağı olan düzənliklərə çökəklik deyilir.
Onlar xəritədə tünd yaşıl rənglə təsvir olunur. Okean səviyyəsindən 200 m-ə qədər
hündürlüyə malik olan düzənliklərə ovalıq deyilir. Ovalıqlar fiziki xəritələrdə
yaşıl rənglə göstərilir. Hündürlüyü 200 metrdən 500 metrə qədər olan düzənliklər
yüksək düzənlik və ya yüksəklik adlanır. Məsələn, Orta Rusiya, Lavrentiy, Valday
və s. yüksəkliklərə aiddir. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliyə
isə yayla deyilir. Dünyada ən böyük mütləq yüksəkliyə malik olan düzənlik Tibet
yaylasıdır və 7000 m-dən yuxarı qalxır. Yer üzərində Braziliya, Meksika, İran, Orta
Sibir, Dekan yaylaları vardır.
Azərbaycanın ərazisinin 40%-ni düzənliklər təşkil edir. Onlara Kür-Araz,
Samur-Dəvəçi və Lənkəran ovalıqları aiddir. Bu ovalıqların çox hissəsi Okean
səviyyəsindən aşağıda yerləşir.
- Dağlar və düzənliklər nədir? Onların fərqli xüsusiyyətləri hansılardır?
- Dağlar uzun dövrlər ərzində necə dəyişir?
- Dağlar hansı təbii proseslər nəticəsində yaranır?
- Düzəniklər hündürlüyünə görə hansı qruplara ayrılır?
|
|
|
1 |
Xəritə əsasında aşağıdakı dağların mütləq hündürlüyünə görə hansı qrupa aid
olduğunu müəyyən edin: Ural, Qafqaz, Pamir, And, Skandinaviya. |
2 |
Adları çəkilən dağ və düzənlikləri xəritədə tapın. Onları qruplara ayırın və adlarını
yazın.
|
3 |
Hündürlük şkalası əsasında dağların mütləq hündürlüyünü müəyyən edin.
|
4 |
Dağlar və düzənliklərin mənimsənilməsində olan fərqlər haqqında mətn hazırlayın.
|
5 |
Dağlar və düzənliklər haqqında təqdimat hazırlayın.
|
|