Dağ mütləq yüksəkliyinə görə alçaq, orta və yüksək dağlara ayrılır. Alçaq dağlar 1000 m-ə qədər mütləq yüksəkliyə malik olur. 1000 metrdən 2000 metrə qədər mütləq hündürlüyü olan dağlar orta hündürlüklü dağlardır. Mütləq yüksəkliyi 2000 metrdən çox olan dağlar isə yüksək dağlardır.
Fəaliyyət:
|
Fiziki xəritədən istifadə edərək hündürlüyünə görə dağlara misallar göstərin.
|
Dağlar, düzülərək, əsasən, bir-birinin ardınca sıra dağları əmələ gətirir. Yerin quru sahələrində And-Kordilyer və Alp-Himalay ən uzun və hündür dağlıq qurşaqlardır. Düzənliklər. Dağlar uzun geoloji dövrlər ərzində uçulub dağılır, nisbətən hamar sahələrə çevrilir. Qurunun geniş ərazi əhatə edən və nisbətən hamar, nisbi hündürlüklər fərqi 200 m-ə qədər olan sahələri düzənlik adlanır. Düzənliklər hündürlüyünə, mənşəyinə və səthinin formasına görə qruplara ayrılır. |
Sanskrit dilində Himalay “qarlar
məskəni” deməkdir, Comolunqma
tibet dilindən “Yer Allahı” kimi
tərcümə olunur. İngilislər onu Everest
adlandırır. Himalay dağlarında 500
zirvə Alp dağlarının ən yüksək zirvəsi
olan Monblan zirvəsindən (4807
m) yüksəkdir. Burada 10 zirvənin
hündürlüyü 8000 m-dən yuxarıdır.
|