Yerin dərin qatlarından fasilələrlə fəvvarələr şəklində səthə çıxan qaynar su və
buxara qeyzerlər deyilir. Qeyzerlər İslandiyada, Yeni Zelandiyada, Şimali Amerikada,
Kamçatkada, İtaliyada daha çoxdur. Ən böyük qeyzerlər isə ABŞ-ın Yelloustoun
Milli parkında yerləşir. Kamçatkada yerləşən Velikan qeyzeri diametri 3 m olan
su şırnağını 5-6 saatdan bir 40-50 m hündürlüyə püskürür. İslandiyada, Rusiyada,
ABŞ-da, Kanadada qeyzerlərdən enerji alınmasında, evlərin, ofislərin, istixanaların
qızdırılmasında istifadə olunur.
Qeyzerlər və onların en kəsiyi
Fəaliyyət:
|
Yer səthindən çıxan isti sulardan hansı məqsədlər üçün istifadə etmək olar?
|
Tektonik cəhətdən fəal ərazilərdə temperaturu 37°C-dən yüksək olan yeraltı
sular səthə çıxaraq isti bulaqlar əmələ gətirir. Bu sular da isti su mənbəyi kimi
və müalicə üçün istifadə olunur. Kəlbəcərdəki İstisu mineral bulağını buna misal
göstərmək olar.
- Vulkan püskürməsinə səbəb nədir?
- Vulkanın hansı elementləri vardır?
- Vulkan və zəlzələlər dünyanın hansı ərazilərində baş verir?
- Qeyzerlər və isti bulaqlar nədir, onların hansı əhəmiyyəti vardır
|
|
|
1 |
Vulkan püskürməsinin və zəlzələ baş verməsinin təsvirini yazın. |
2 |
Mətndə adları çəkilən fəaliyyətdə olan və sönmüş vulkanları xəritədə göstərin.
Onların adını kontur xəritədə qeyd edin.
|
3 |
Vulkan konusunun ətəyində hansı mənşəli süxurların toplana biləcəyini təsvir edin.
|
4 |
Verilmiş rəqəmlərdən hansılar vulkan və zəlzələ baş verən ərazilərdə yerləşir?
|
|
|
Sakit okean sahili
|
|
Orta okean dağları
|
|
Alp-Himalay qurşağı
|
|
Şərqi Afrika
|
|
|