Zəlzələnin baş verdiyi, Yerin daxilində olan mərkəzə zəlzələ ocağı deyilir. Bu ocaq hiposentr adlanır. Hiposentr və ya zəlzələ ocağının Yer səthindəki proyeksiyasına isə episentr deyilir. Episentrə bəzən zəlzələ mərkəzi də deyilir. Hiposentrin müxtəlif dərinliklərdə yerləşməsindən asılı olaraq, zəlzələnin dağıdıcı gücü və əhatə dairəsi müxtəlif ola bilər. Hiposentr Yerin səthinə nə qədər yaxın yerləşərsə, zəlzələnin yer səthində dağıdıcı gücü daha böyük olur. Nəticədə Yer səthində relyef tamamilə dəyişir, yeni relyef formaları yaranır, dağlar, çökəkliklər, göllər əmələ gəlir. 1139-cu ildə Gəncədəki zəlzələ zamanı Kəpəz dağı uçmuş və Ağsu çayının qarşısını kəsmiş, Göygöl yaranmışdır.
Dünyada zəlzələlərin baş verdiyi ərazilər
|
Türkiyənin İzmir şəhərində 2020-ci il zəlzələsi
nəticəsində olan dağıntılar
|
Zəlzələnin təsiri və dağıdıcı gücünü Rixter şkalası üzrə 12 balla ölçülür. Zəlzələni qeydə alan cihaz seysmoqraf adlanır və seysmik stansiyalarda quraşdırılır. Zəlzələ baş verərkən əmələ gələn dağıntıları azaltmaq üçün binaların bünövrəsi möhkəm qurulur, əlavə texniki tədbirlər görülür. Zəlzələlərin baş verməsini heyvanlar daha tez hiss edirlər. Bu təbii fəlakətin baş verməsindən bir neçə saat əvvəl ev heyvanları, akvariumda olan balıqlar çox narahat olurlar. Ona görə Yaponiyada əksər evlərdə akvariumda balıqlar saxlayırlar. |
İlk qeydə alınan zəlzələ tarixi b.e.ə. 2050-ci ilə aiddir. Hər il Yer üzərində təqribən
150 dağıdıcı, 7 min güclü, 19 min mülayim,
156 min zəif, bir neçə milyon çox zəif
zəlzələ qeydə alınır. XX əsrdə hər biri
1000 nəfərdən çox insan ölümünə səbəb
olar 80-dən çox zəlzələ baş vermişdir.
Dünyada ən çox zəlzələ baş verən ərazi
Çili hesab olunur. Burada hər il mindən
çox zəlzələ baş verir. Dünyada 7 baldan
güclü zəlzələ baş verməsi ehtimalı olan
ərazilərdə ümumi əhalinin yarısı yaşayır.
Bu ərazilərdə mövcud şəhərlərin 70%-i
yerləşir.
|