|
1943-cü ilin fevralında Meksikanın cənubunda yerləşən ərazidəki qarğıdalı əkini sahələrində uzunluğu 20 m olan çat əmələ gəldi. Burada əvvəlcə qara tüstü qalxmağa başladı. Bir neçə gün sonra baş verən güclü partlayış nəticəsində yer səthinə od püskürdü. Beş gün ərzində hündürlüyü 160 m olan konus formasında dağ əmələ gəldi. Dağın mərkəzində yaranan kraterdən ərimiş lava çıxırdı. 1952-ci ildə, sakitləşənə qədər, hündürlüyü 3000 m-dən çox olan vulkan yarandı. Bu, insanların gözü qarşısında əmələ gələn təbii fəlakət mərkəzi idi. |
|
Mantiyada yüksək temperatur şəraitində maddələr əriyir və maqma ocağı əmələ gəlir. Əgər yer
qabığında maqma ocağına qədər çatlar yerləşirsə, qazlarla
zəngin olan ərimiş kütlə səthə çıxır.
Yer səthinə gələn yüksək temperaturlu ərimiş
maddə maqma (yunan sözü
olub, qatı kütlə deməkdir)
adlanır. Yer səthinə çıxdıqdan
sonra maqma müəyyən
qədər soyuyur, tərkibində
olan su buxarı və qazlar uçur.
Maqmanın Yer səthinə çıxdığı
kanal vulkanın boğazı,
səthə çıxmış maqma isə lava
adlanır. Onun temperaturu
1000°C-dən yüksək olur.
Maqmanın çıxdığı yerdə
əmələ gəlmiş qıf formasında
çökək sahə vulkanın krateri
adlanır.
|
Fəaliyyət:
|
Vulkan püskürməsi hansı mənfi nəticələrə səbəb ola bilər?
|