Müəyyən vaxtdan sonra möhkəm xassələrə malik olan maqmatik və metamorfik süxurlar yer səthinə çıxır, uçulub dağılır, nəticədə qırıntı mənşəli süxurlara çevrilir. Yer qabığı, əsasən, maqmatik və metamorfik süxurlardan təşkil olunur, yer səthinin çox hissəsi çökmə süxurlarla örtülür.
Materik tipli Yer qabığı materiklərin bünövrəsini tutur. Materik Yer qabığının qalınlığı düzənliklərdə 30-40 km, dağlarda isə 70-90 km götürülür. Materik Yer qabığı 3 laydan – yuxarıda yerləşən çökmə süxurlardan, ondan aşağıda yatan qranit qatından və nəhayət, bazalt laylarından ibarətdir. Materiklərdə Yer qabığının ən qalın yeri Himalay dağlarında 90 km-ə çatır. Okean tipli Yer qabığı planetimizin səthinin 60%-ə qədərini əhatə edir. Onun əsas cəhəti nazik olmasıdır, orta qalınlığı 5-7 km-dir. Lakin bu nazik qat da iki laydan - çökmə süxurlar və bazalt layından ibarətdir. Ən nazik Yer qabığı Marian çökəkliyində 5 km-ə çatır. |
Fəaliyyət:
|
Okeanlarda və materiklərdə süxurların tərkibi və qalınlığı ilə bağlı fikrinizi bildirin.
|
|
|