Yer qabığı və onun müəyyən dərinliyə qədər olan sahələri müxtəlif elementlərdən təşkil olunmuş minerallardan ibarətdir. Təbiətdə bir neçə min mineral vardır. Mineralların birləşməsindən əmələ gələn süxurların dəyişməsi müxtəlif geoloji şəraitdə, temperaturda, dərinliklərdə baş verir. Onlar uzun dövrlər ərzində bir yerdən digərinə daşınır, dəyişilir, bəzən bir süxur digərinə çevrilir. Süxurlar insanlar tərəfindən geniş istifadə olunur, təsərrüfatın müxtəlif sahələrində tətbiq olunur. |
|
|
Müxtəlif kimyəvi elementlər birləşərək eyni fiziki xassəyə malik olan mineralları əmələ gətirir. Mineralların birləşməsindən süxurlar yaranır. Deməli, süxur eyni təbii xassəyə malik olan mineralların birləşməsidir. Minerallar eyni tərkibə malikdir. Dağ süxurlarının tərkibi daha mürəkkəbdir. Hər ikisinə daxil olan təbii birləşmələr tərkibinə, möhkəmliynə, rənginə, sıxlığına, parlaqlığına və ərimə temperaturuna görə fərqlənir. Çünki, onların yer qabığında və onun daxilində əmələgəlmə və dəyişmə şəraiti müxtəlif olur. Süxurlar maqmatik, çökmə və metamorfik mənşəli olur.
Maqmanın Yer səthinə çıxması və ya müəyyən dərinlikdə soyuması nəticəsində maqmatik süxurlar yaranır. Onlar sıx, möhkəm və ağır olur. Bu zaman əmələ gələn süxurların daxili quruluşu maqmanın soyuma sürətindən asılıdır. Bazalt, vulkan şisti, pemza, qranit maqmatik süxurlardır.
Fəaliyyət:
|
Şəkildə gördüyünüz dağ süxurlarından təsərrüfatın hansı sahəsində istifadə
etmək mümkündür?
|