Mantiyada maqma ocaqları yaranır və çatlarla Yerin səthinə çıxır. Ona görə də Yer səthində baş verən vulkan püskürmələri və zəlzələlərin ocağı mantiyada yerləşir.
Fəaliyyət:
|
Dərin Neft və təbii qaz quyularının qazılması Yerin daxili hissələrinin öyrənilməsində hansı rolu
oynayır?
|
Planetimizin səthini nüvə və mantiya ilə müqayisədə çox nazik olan yer qabığı örtür. Mantiyanın üst hissəsində yerləşən yer qabığı bərk halda olan minerallar və dağ süxurlarından ibarətdir. Onun çox hissəsi okean suları ilə örtülür. Yer qabığının qalınlığı okeanların altında 5-10 km, dağlarda 70-80 km-ə qədərdir. Yer qabığı ilə üst mantiya birlikdə litosfer (yun. litos-daş, sfera-təbəqə) təbəqəsini əmələ gətirir. Onun qalınlığı materikdə 150-200 km-ə qədər, okeanlarda isə 90 km-ə çatır.