Yer üzərində fəsillərin bir-birini əvəz etməsi ekvator və qütblər arasında
yerləşən orta enliklərdə daha aydın müşahidə edilir. Ona görə ki, bu enliklərdə ilin
ayrı-ayrı vaxtlarında Günəşdən qəbul edilən istilik kəskin şəkildə dəyişir. Ekvatorial
enliklərdə və qütblərə yaxın sahələrdə il ərzində alınan istilik, demək olar ki, eyni
qalır. Ona görə fəsli dəyişikliklər olmur və ya çox zəif olur.
Mövsümi dəyişmələr təbiətdə özünü aydın şəkildə göstərir
Yerin Günəş ətrafında dövr etməsi nəticəsində il yaranır, fəsillər əmələ gəlir.
Fəsillərin əmələ gəlməsi təbiətdə mövsümi dəyişmələrə səbəb olur, məsələn,
çaylar qışda donur, yazda daşır. Yazda havaların qızması və yağıntıların düşməsi
nəticəsində təbiət oyanır, ağaclar çiçəklənir, yaşıl libasa bürünür.
- Yerin Günəş ətrafında hərəkətinin hansı nəticələri vardır?
- İl ərzində Yerdə hansı dəyişikliklər baş verir?
- Yerdə fəsillərin əmələ gəlməsinə səbəb nədir?
|
|
|
1 |
Cədvəldə verilmiş tarixlərə əsasən yarımkürələr üzrə fəsilləri yazın.
Tarix |
Şimal yarımkürəsi |
Cənub yarımkürəsi |
21 mart |
......................... |
......................... |
22 iyun |
......................... |
......................... |
23 sentyabr |
......................... |
......................... |
22 dekabr |
......................... |
......................... |
|
2 |
Verilmiş sxemlərə əsasən uygunluğu müəyyən edin:
-
Cənub yarımkürəsində yay fəsli başlayır.
-
Argentinada qış fəslidir.
-
Şimal yarımkürəsində gündüzlər uzanır.
-
Şimal və Cənub yarımkürələri bərabər
işıqlanır
-
Azərbaycanda qış fəslidir.
-
Şimal yarımkürəsi Günəşə tərəf
çevrilmişdir
|
3 |
Verilmiş sxemə əsasən Bakı şəhərinə aid olan xüsusiyətləri müəyyən edin:
Gecələr uzanır, gündüzlər qısalır.
Havalar isti keçir.
Günəş şüalarının düşmə bucağı çoxdur
Bakıda yay fəslidir.
|
|
|
|