Sonra Yerin Şimal yarımkürəsi tədricən qızmağa başlayır, Çünki ekvatordan şimalda yerləşən ərazilər Günəşdən getdikcə daha çox istilik almağa başlayır. Bu vaxt Yerin şimal yarısı Günəşə tərəf çevrilir və Günəşdən gələn istilik və işığın miqdarı artır. |
Günəşin Yer səthini bərabər qızdırması və işıqlandırması vəziyyəti
|
Ona görə bu ərazilərdə yay fəsli olur, gündüzlərin uzunluğu çoxalır, gecələr isə nisbətən qısa olur. Cənub yarımkürəsində isə əksinə vəziyyət yaranır. Yerin cənub yarımkürəsində qış fəsli keçir və gecələr uzanır, gündüzlər isə qısalır.
Fəaliyyət:
|
Günəşin Şimal və Cənub yarımkürələrini qeyri-bərabər işıqlandırması zamanı hansı
təbiət hadisələri baş verir?
|
Yerin Günəş ətrafında hərəkəti davam etdikcə, sentyabrda Günəş yenidən ekvator üzərində olur. Belə vəziyyətdə Şimal və Cənub yarımkürələri eyni dərəcədə işıqlanır və istilik alır, gecə və gündüzün uzunluğu bərabərləşir. Ona görə şimalda payız fəsli, cənubda yaz fəsli gəlir.
Yerin ayrı-ayrı hissələrinin qeyri-bərabər qızması payızdan sonra gələn qış fəslində də müşahidə edilir. Bu zaman Yerin şimal yarısı qış fəslinə keçir, gecələr uzanır, gündüzlər qısalır. Siz sentyabrda dərsə gedərkən hiss edirsiniz ki, vaxt keçdikcə gündüzlərin uzunluğu azalır, gündən-günə Günəş daha tez batır, havalar daha tez qaralır. Sentyabr-oktyabr aylarından sonra havaların soyuması aydın müşahidə olunur.
Sentyabrdan başlayaraq Yerin Cənub yarımkürəsi Günəşə tərəf çevrilmiş olur. Nəticədə Cənub yarımkürəsinə Günəşdən daha çox istilik və işıq düşür. Ona görə bu
ərazilərdə yay fəsli olur, gündüzlərin uzunluğu artır, gecələr isə nisbətən qısa olur. Dekabrda Günəşin Şimal yarımkürəsini ən az qızdırdığı dövr başlanır və bu müddət mart ayına qədər davam edir. Şimal yarımkürəsində qış fəsli olur, havalar soyuq keçir. Qışda gündüzlər qısalır, gecələr uzanır. Ona görə Günəş tez batır, səhərlər nisbətən gec çıxır. Belə hadisələr daimi və təkrar olunan (ritmik) hadisələrdir. |