Təsəvvür edək ki, ərazidə ilin bütün vaxtlarında Günəş eyni vəziyyətdə görünür, hava şəraiti eyni olur, eyni dərəcədə qızır, ilin fəsillərinin dəyişməsi baş vermir. Bu halda Yerin ekvator hissəsindən şimala və cənuba doğru tədricən havanın soyuması müşahidə edilərdi. Eyni zamanda, hər bir ərazidə ilboyu gecə və gündüzün uzunluğu bərabər olardı. |
|
|
Yerin öz oxu ətrafında hərəkəti ilə yanaşı, Günəş ətrafında hərəkəti də mühüm əhəmiyyət kəsb edir. Yer Günəş ətrafında tam dövriyyəsini 365 gün 6 saat ərzində başa vurur. Bu hərəkət müddəti il adlanır. 1 il dünyada vaxtın hesablanması vahidi kimi istifadə olunur. 6 saat müddəti hər 4 ildən bir sutka kimi qəbul edilir, fevral ayı 29 gün davam edir. Ona görə hər 4 ildən bir Yerin Günəş ətrafında fırlanma müddəti 366 gün kimi qəbul edilir. |
Fəaliyyət:
|
Yerin Günəş ətrafında illik hərəkəti hansı təbii hadisələrin baş verməsinə səbəb olur?
|
Yerin Günəş ətrafında hərəkəti zamanı Şimal və Cənub yarımkürələri müxtəlif dərəcədə işıqlanır və istilik alır. Bu zaman Yerin bəzən Şimal, bəzən də Cənub yarımkürəsi daha çox istilik alır. Günəş şüalarının daha çox qızdırdığı ərazilərdə yay, nisbətən az istilik qəbul edən sahələrində qış fəsli yaranır. Onların aralıq mövsümlərində yaz və payız fəsilləri ayrılır. Yayda havanın temperaturunun artması Günəşin üfüqdə daha yüksəkdə dayanması və bu zaman Yerin daha çox istilik alması ilə əlaqədardır. Qışda isə Günəşin üfüqdə daha aşağıda dayanması nəticəsində şüaların düşmə bucağı azalır, Yer səthinə nisbətən az istilik gəlir və havalar soyuyur.
Yazda və payızda Günəş Yer səthinə nisbətən aralıq vəziyyətdə dayanır, yəni ekvatorun üzərində olur. Bu halda ekvatora yaxın sahələr daha çox istilik qəbul edir və qızmar hava şəraiti yaranır. Şimal və Cənub yarımkürələri bərabər miqdarda istilik qəbul edir, gündüz və gecələrin uzunluğu bərabər olur.
Yazda Şimal yarımkürəsinə bahar gəlir, ağaclar oyanır, hər tərəf yaşıllığa bürünür, insanlar əkinə başlayır.