Yerin öz oxu ətrafında fırlanması planetə böyük təsir göstərir. Yerin kürə şəklində olması ilə əlaqədar həmişə bir tərəfi Günəşə tərəf çevrilmiş olur, burada gündüzdür. Əks tərəfə günəş işığı düşmədiyinə görə burada gecə olur. Lakin planetin fırlanması prosesində eyni bir ərazidə müəyyən vaxtdan sonra gündüzlər gecə ilə əvəz olunur. Yer səthinin mərkəzi hissəsi olan ekvatorda gecə və gündüzün davam etməsi arasında böyük fərq olmur. Buradan uzaqlaşdıqca bu fərq çoxalır. Yerdə gecə və gündüzün bir-birini əvəz etməsini xüsusi olaraq hazırlanmış alətin köməyi ilə əyani olaraq görmək olur. Bu alət telluri adlanır.
Gündüz Gecə | Gündüz Gecə | Gündüz Gecə | Gündüz Gecə |
Yerin öz oxu ətrafında hərəkəti insanların həyat və fəaliyyətinə ciddi təsir edir. İnsanların gündəlik həyatı gündüz və gecənin növbələşməsindən asılıdır. Ona görə ki, hər gün eyni hadisələr təkrar olunur, dövrilik və ya ritmlik yaranır. Məsələn, hər gün səhər yuxudan oyanırıq, şagirdlər məktəbə, valideynlər işə gedir, axşam hamı yenidən evə qayıdır. Səhər, günorta və axşam yeməklərinin vaxtı da Yerin öz oxu ətrafında fırlanması ilə müəyyən olunur. |
Telluri
|
|
|