Təbii səma cisimləri daim bir neçə formada hərəkət edir. Onlar hərəkəti ilə səmada tarazlığını saxlayır, bir çox təbiicoğrafi hadisələr baş verir. Təbii proseslərin əsas səbəblərindən biri də Yerin hərəkətidir. Üzərində yaşadığımız Yer kürəsi bir neçə formada hərəkət edir. Yer öz oxu ətrafında fırlanır və gecə-gündüz yaranır. Günəş sisteminin tərkibində Yer “Süd Yolu”nun mərkəzi ətrafında hərəkət edir. |
|
|
Yer kürəsində baş verən təbiət hadisələrində onun öz oxu və Günəş ətrafında hərəkəti mühüm əhəmiyyət kəsb edir. Üzərində yaşadığımız Yer sabit sürətlə öz xəyali oxu ətrafında dövrə vurur. Belə hərəkət Yerin öz oxu ətrafında hərəkəti adlanır. Yer səthində olan bütün obyektlər və onun ətrafında atmosfer qatı onunla birlikdə fırlandığına görə biz bu hərəkəti hiss etmirik. Eyni zamanda, Yer öz oxu ətrafında kifayət qədər yüksək sürətlə fırlanır.
Günəşin batması
|
Yerin öz oxu ətrafında fırlanması qərbdən şərqə doğru baş verir. Bu o deməkdir ki, əgər Yerə Şimal qütbündən baxsaq, fırlanma saat əqrəbinin hərəkətinin əksi istiqamətində gedir. Planetin belə fırlanmasına görə səhərlər Günəşin çıxması şərqdə, batması qərbdə görünür. |
Yerin ətrafında hərəkət etdiyi xəyali ox müstəviyə perpendikulyar olmayıb, müəyyən meyilliyə malikdir. Bu əyrilik sabit qalır və təbiətdə bir çox hadisələrin baş verməsinə səbəb olur. Belə vəziyyətdə fırlanma səmada Ay və ulduzların hərəkətinin görünməsini təmin edir. Yer öz xəyali oxu ətrafında 24 saat ərzində fırlanır. Buna bir gün və ya sutka deyilir. Yerin öz oxu ətrafında hərəkəti zamanı ekvator üzərində olan nöqtə 24 saatdan sonra 360° dönərək, əvvəlki vəziyyətinə qayıdır. Yerin öz oxu ətrafında hərəkəti nəticəsində vaxt vahidi olan sutka yaranır, gecə-gündüz bir-birini əvəz edir. Yerin fırlanması onun günəş şüaları ilə isinib-soyumasına da təsir göstərir. |
|
Fəaliyyət:
|
Uran və Yupiterdə gündüzlərin uzunluğu 12-14 saat olsaydı, həyat mövcud olardımı?
|