Merkuri | Mars | Venera | Yer |
Günəşə ən yaxın və ən kiçik planetdir. |
Buz olan və həyatın olması güman edilən planetdir. |
Ən isti və çox vulkanların müşahidə olunduğu planetdir. |
Həyat və suyun olduğu planetdir. |
Yupiter | Saturn | Uran | Neptun |
Ən böyük planetdir. |
Ətrafında toz və dumanlıqdan ibarət halqalar olan planetdir. |
Ən soyuq planetdir. |
Ən uzaqda yerləşən planetdir. |
Planetlərin ətrafında çoxsaylı peyklər hərəkət edir. Onların
arasında ən çox peyki olanlardan biri də Yupiterdir (79 peyk).
Peyklər planetlərarası kosmik fəzaya göndərilən aparatların
köməyi ilə kəşf olunur və öyrənilir.
|
Fəaliyyət:
|
Nə üçün planetlərin ətrafında peyklər mövcuddur?
|
Planetlər ölçülərinə görə kəskin şəkildə fərqlənir. Günəşə yaxın olan dörd planet kiçikdir və Yer qrupu planetləri adlanır.
Günəşdən uzaqlığına görə Marsdan sonra yerləşən planetlərin ölçüləri böyükdür və qaz halındadır. Onlara Yupiter qrupu planetləri deyilir.
|