Qədim dövrlərdə aparılan müşahidələr
nəticəsində insanlara Merkuri, Venera, Yer,
Mars və Yupiter məlum olmuşdur. Müxtəlif
vaxtlarda, adətən, aydın hava şəraitində
onları Yerdən müşahidə etmək mümkün
olmuşdur. Uran 1781-ci ildə, Neptun 1846-cı
ildə teleskopun köməyi ilə kəşf olunmuşdur.
Sonrakı dövrlərdə də planetlər Yerdən
müşahidələr aparmaqla öyrənilmişdir.
Nəticədə məlum olmuşdur ki, planetlər
Günəş ətrafında bir müstəvidə və eyni
istiqamətdə hərəkət edir. Onların ölçüləri və
Günəşdən olan məsafələri hesablanmışdır.
|
Yupiter, Saturn və Neptun 175 ildə
bir dəfə Günəş və Yerə nisbətən
bir düz xətt üzərində düzülür. Buna
planetlərin paradı deyilir. Belə
vəziyyətdən istifadə edərək 1977-ci ildə
ABŞ alimləri və mühəndisləri Yupiterə
planetlərarası stansiya göndərdilər.
Onun köməyi ilə eyni vaxtda bütün
planetləri öyrənmək mümkün olmuşdur.
Uçuş zamanı kosmik aparat uzaq
planetlər və onların peyklərinin şəklini
çəkmiş və Yerə göndərmişdir. Şəkillər
əsasında planetlərin səthi və atmosferi
öyrənilmişdir.
|
|
|