Həmçinin, rənglərə görə aydın olur ki, düzənliklər də fərqli hündürlüyə malikdir. Burada yollar, onların keçdiyi
iri şəhərlər, qəsəbələr, çoxsaylı iri kənd yaşayış məntəqələrinın adları yazılır. Bəzi
hallarda belə xəritələrdə faydalı qazıntıların yerləşməsi də göstərilir.
Fəaliyyət:
|
Azərbaycanın fiziki xəritəsinə əsasən coğrafi obyektləri təhlil edin.
|
Tədrisdə istifadə edilən ən mühüm mənbələrdən biri də dünyanın siyasi
xəritəsidir. Burada dünyada mövcud olan bütün müstəqil dövlətlər və asılı ərazilər,
onların dövlət sərhədləri, paytaxt şəhərləri və digər mühüm yaşayış məntəqələri
göstərilir. Xüsusi olaraq yarımkürələr formasında da dünyanın siyasi xəritəsi tərtib
olunur. Burada ölkələrin sərhədləri və onların paytaxt şəhərləri qeyd olunur.
-
Nə üçün xəritələr informasiya mənbəyi hesab olunur?
-
Yarımkürələrin fiziki xəritəsinin hansı üstünlükləri vardır? Onlardan hansı
coğrafi məlumatları əldə etmək olar?
-
Azərbaycanın fiziki xəritəsində hansı coğrafi məlumatlar göstərilir?
|
|
|
1 |
Yarımkürələr xəritəsinə əsasən Şimal, Cənub, Şərq və Qərb yarımkürələrini, Yerin
qütblərini, ekvatoru göstərin. Şimali və Cənubi Amerika materiklərinin Sakit okeanın
hansı sahillərində olduğunu deyin. |
|
|
Xəritənin adı: |
fiziki |
siyasi |
kontur |
Təsvir olunur: |
|
|
|
|